“İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşma üzrə işlər həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 45 yaşayış məntəqələrində işlər yekunlaşıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir:
“132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib”.