5 C
Baku
Saturday, December 14, 2024

BMT: “COVID-19 son yüz ildə ən pis iqtisadi böhrana səbəb olub”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres koronavirus pandemiyası nəticəsində dünyanın son yüz ildə ən pis iqtisadi böhranla üzləşdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə onun “Davos gündəmi” tətbiqindəki çıxışında deyilir.

Təşkilatın rəhbəri bugünkü dünyanı bir kəlmə ilə təsvir etmək mümkün olduğunu qeyd edir – “zəiflik”. “İki milyondan çox insan ölüb (pandemiya səbəbindən) və biz son yüz ilin ən pis iqtisadi böhranını yaşayırıq”, – deyə Guterres vurğulayıb.

Diplomat pandemiyanın insanlar və ölkələr arasındakı bərabərsizlik, “iqlim və biomüxtəliflik böhranları” nın qeyri-sabitliyi kimi dünya problemlərini üzə çıxardığını düşünür. Onun sözlərinə görə, “təbiətlə müharibə aparmaq” onun “cavab olaraq bizə zərbə endirməsinə” gətirib çıxarır.

“Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti – hamı birlikdə çalışmalıdır”, – Antonio Guterres qeyd edib.

BMT-nin baş katibi 2021-ci ildə dünyanın pandemiyadan sonra “zəiflikdən çıxmaq” üçün istifadə edə biləcəyi unikal fürsətlərin olduğunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər