6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-a səfər etmək istəyənlərdən bunlar tələb olunacaq

ABŞ hökuməti ölkə ərazisinə daxil olan bütün şəxslərdən koronavirus (COVID-19) testinin nəticəsinin “Mənfi” olması ilə bağlı arayış və yaxud bu xəstəliyə yoluxub sağalmaqla bağlı sertifikat tələb edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, qərar təkcə xarici ölkə deyil, həm də ABŞ vətəndaşlarına aiddir.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 100 milyonu, bu virusdan vəfat edənlərin sayı isə 2 milyonu ötüb.

Son xəbərlər
Digər xəbərlər