Gürcüstan 2020-ci il ərzində $3.34 milyard həcmində məhsul ixrac edib, 8.01 milyard məhsul idxal edib.
Banker.az bu barədə Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Nəticədə ölkənin ticarət saldosu “mənfi” olmaqla $4.66 milyard təşkil edib.
Lakin, Gürcüstan idxalın həcmini bir qədər azalmaqla mənfi saldo öncəki illərdən bir qədər az edib. 2015-ci ildən bu tərəfə ilk dəfə saldo $5 milyarddan aşağı düşüb. 2015-ci ildən bu tərəfə hər il üzrə ardıcıl $5.1 mlrd, $5.22 mlrd, $5.31 mlrd, $5.98 mlrd və $5.72 dollarlıq mənfi saldo qeydə alınmışdı.