Azərbaycan manatının real effektiv məzənnəsi (REM) son bir ayda 2.1 bənd və yaxud 2.8% düşüb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Manatın xarici valyutalar qarşısındakı məzənnəsi ötən ay azalaraq 100.4 bəndə düşüb. Manatın real effektiv məzənnəsindəki azalma dinamikası sonuncu dəfə 2020-ci ilin mart ayında qeydə alınmışdı. Belə ki, 2020-ci ilin martında manatın REM-si 2.5 bənd düşmüşdü.
Qeyri-neft sektoru üzrə manatın məzənnəsinin indeksi 2020-ci ilin dekabrında 99.3 bənddən 97.2 bəndə qədər azalıb.
REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.