2 C
Baku
Saturday, December 14, 2024

Çindəki hadisələr daha çox ciddiyə alınır və neft ucuzlaşır

BANKER.AZ – İngiltərədə səyahət üzərində məhdudiyyətlər və Çinin Ay Yeni İli (ay təqvimi ilə yeni il bayramı) üçün səyahət üçün məhdudlaşdırma tədbirlərinin axırlısında olması həftənin cümə axşamına neftin qiymətini mart fyuçerslərində ucuzlaşdırır.

Brent markalı xam neftin bir barreli London birjasında 0.36 dollar (0.64%) düşüşlə 55.45 dollar, WTI markalı xam neft isə 0.36 dollar (0.68%) ucuzlaşma ilə 52.49 dollara düşüb.

“Qiymətlər bəzi tələb narahatlıqlarına diqqət etmiş kimi görünür. Çində yaşananlar digərləri ilə müqayisədə daha çox ciddiyə alınır” – deyə, “Commonwealth Bank” analitiki Vivek Dhar “Reuters”ə etdiyi açıqlamada bildirir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının ötən günkü statistikasında 22 yanvar ilə bitən həftə içi 9.91 mln barrel azalma müşahidə edilib. “Investing.com” tərəfindən hazırlanan təxminlər 430 min barrel düşüşlə öncəki həftə 4.35 mln artım yaşayıb. Bu 2020-ci ilin iyulundan bu tərəfə ən böyük azalmadır.

COVID-19 virusunun yeni variantda yoluxmaların qeydə alınması investorların bu bazara optimist baxmaları üçün tərəddüd yaradır.

Böyük Britaniyanın Baş naziri Boris Conson Cənubi Afrika daxil olmaqla  22 ölkəyə səyahətləri riskli  sayır. Bu ölkələrə də səyahət məhdudlaşdırılır. Həmin ölkələrdən Britaniyaya gələnlər 10 günlük karantinə alınmaqla istisini hallarla bir çox xaricdən ölkəyə səyahətçilər üçün qadağalar tətbiq ediləcək.

B.Conson ayrıca olaraq ötən gün Britaniyada 4 yanvardan tətbiq edilən karantinin martın 8-nə qədər uzadıldığını bildirib.

Bunlarla bərabər Çindəki yanacaq tələbi investorlar üçün daha böyük rahatsızlıq qaynağıdır. Epidemiyaya yoluxmadakı son artım normalda ölkənin ən böyük tədbiri olan Ay Yeni ili səyahətləri üçün zərər verəcəyi gözlənilir. Çinin Nəqliyyat Nazirliyi səyahətlərin 2020-ci illə müqayisədə 15% artacağını bildirsə də bu 2019-cu ildən hələ də 40% az olacağını təxmin edir. Bu durum da dünyanın ən böyük neft istehlakçısında yanacağa olan tələbi çətin vəziyyətdə qoyur. Artıq Şanxaydakı təyyarə reysləri indidən ləğv edilib.

“Çin qiymətləri dəstəkləyir. Çində problem yaşanırsa bu indiki tələb mövzusu üçün həqiqətən bir əyləcdir”- deyə Dhar deyir.

Son xəbərlər
Digər xəbərlər