Türkiyədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiya Federasiyasına ixrac yük qatarı yanvarın 29-da Ankaradan yola düşəcək.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadla xəbər verilir ki, bu münasibətlə Türkiyə paytaxtında rəsmi yolasalma mərasimi təşkil olunacaq. Bildirilir ki, Ankara-Moskva konteyner qatarı Türkiyə vaxtı ilə 10:00-da yola düşəcək. On beş vaqonun qoşulduğu qatar ümumilikdə 4 min 650 kilometrlik polad magistralı 8 günə qət edəcək.
Eyni gün Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankara-Sian yük blok qatarı da yola düşəcək. Qatar iki qitə, iki dəniz və 5 ölkə keçməklə mənzil başına qədər ümumilikdə 7 min 792 kilometr yol gedəcək.