10 C
Baku
Thursday, December 12, 2024

“Bank BTB”nin son maliyyə vəziyyəti məlum oldu

“Bank BTB” 2020-ci ilin maliyyə göstəricilərini təqdim edib.

Banker.az xəbər verir ki, “Bank BTB”nin faiz gəlirləri 26 101 min manat (18.6% çox), qeyri-faiz gəlirləri 5 037 min manat (26% az), faiz xərcləri 14 163 min manat (20.2% çox), qeyri-faiz xərcləri 15 031 min (4.6% çox) manat olub.

2020-ci il tarixində “Bank BTB”  356 137 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 4.3% artması deməkdir. Bunun 206 096 min manatı müştərilərə verilmiş kreditlərdir. Əvvəlki il isə bu göstərici 206 649 min manat idi.

2020-ci ildə bankın cəmi öhdəlikləri 302 156 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 9% artmasıdır. Bankın depozit portfeli isə 139 347 min manat təşkil edib ki, bunun 42 038 min manatı müştərilərin tələbli depozitləri, 97 309 min manatı isə müştərilərin müddətli depozitləri olub.

Ötən il “Bank BTB” 53 980 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 63 971 min manat kapitala malik idi.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər