2020-ci ildə Avropa İttifaqının (Aİ) iqtisadiyyatı 6,4 %, vahid valyutadan (avro) istifadə edən avrozonanın iqtisadiyyatı isə 6,8 % kiçilib.
Bu barədə Avropa Statistika İdarəsinin (“Eurostat”) hesabatında bildirilir.
Bundan başqa, sənəddə deyilir ki, ötən ilin IV rübündə Aİ-da mövsümdən asılı olmayan ümumi daxili məhsulun (ÜDM) dəyəri əvvəlki rübə nisbətən 0,5 %, illik müqayisədə isə 4,8 % az olub. Avrozoda isə azalma templəri müvafiq olaraq 0,7 % və 5,1 % təşkil edib.
Xatırladaq ki, ötən ilin II rübündə Aİ-nın iqtisadiyyatı 11,4 %, avrozona iqtisadiyyatı 11,7 % kiçilmiş, III rübdə isə Aİ iqtisadiyyatı 11,5 %, Avrozona iqtisadiyyatı isə 12,4 % böyümüşdü.
2020-ci ildə Avropada iqtisadiyyatı ən çox kiçilmiş ölkə İspaniya olub – 9,1 %. Avstriyada 7,8 %, İtaliyada 6,6 %, Portuqaliyada 5,9 %, Fransada isə 5 % iqtisadi geriləmə qeydə alınıb.