16 C
Baku
Friday, October 18, 2024

Milyarder Nobel mükafatı laureatının medalını aldı

Milyarder Alişer Usmanov Nyu-Yorkda Christie’s hərrac evində keçirilən hərrac zamanı amerikalı Ceyms Uotsonun Nobel mükafatını almışdır. Qeyd edək ki, Uotson bu medalı 1962-ci ildə fiziologiya və tibb sahəsi üzrə əldə etdiyi nailiyyətlərə görə qazanmışdı. Biznesmenin nümayəndələrinin verdiyi məlumata görə o, mükafatı alimin özünə qaytarmaq niyyətindədir. Belə ki, biznesmen onun xüsusəndə xərçəng xəstəlikləri ilə bağlı araşdırmalarını yüksək qiymətləndirir.

23 karatlıq qızıldan ibarət olan bu medal hərracda 4,757 milyon dollara satılıb. Bununla yanaşı, Christie’s hərrac evinin verdiyi məlumata görə medalı ilk dəfədir ki, onun öz sahibi satır. Həmçinin hərracda alimin iki əlyazması da satılmışdır.

Son xəbərlər
Digər xəbərlər