16 C
Baku
Friday, October 18, 2024

Lüksemburq Apple, Pepsi, Microsoft-un əməllərini “ört-basdır” edib

Pricewaterhouse Coopers (PWC)-in keçmiş maliyyə konsultantı şirkətlərin vergi tənzimləmələri barədə məlumatları jurnalistlərə təqdim edib.

Əvvəllər Luksemburq rəhbərliyinin dəstəyi ilə beynəlxalq şirkətlərin milyardlarla dolları vergidən yayındırdığı müqavilələri kimin aşkara çıxardığı aydın deyildi. Spiegel Online-nın verdiyi məlumata görə, şirkətlər və Lüksemburq arasındakı vergi müqavilələrini əvvəllər PWC konsaltinq şirkətində işləmiş fransız çap etmişdir.

Çap edilən sənədlərə əsasən beynəlxalq şirkətlərin vergidən yayınma sxemləri üzə çıxmışdır. İlk növbədə Apple, IKEA, Microsoft, Disney, Skype və Pepsi kimi şirkətlər nəzərə çarpmışdır.

Son xəbərlər
Digər xəbərlər