General Motors” şirkəti eyni anda iki avtomobil modeli təqdim edib: yenilənmiş “Chevrolet Bolt EV” və onun krossover versiyası “Chevrolet Bolt EUV”.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Hər iki model ABŞ-da 2021-ci ilin yayında satışa çıxarılacaq.
“Bolt EUV” – maşını yol xətti üzərində saxlamağa və digər nəqliyyat vasitələrini keçməyə kömək edən “Super Cruise” avtopilot sistemə malik olan ilk “Chevrolet” avtomobilidir. Sürücüyə nəzarət etmək üçün salonda infraqırmızı kamera quraşdırılıb.
Qeyd edək ki, “Super Cruise” sisteminin qiyməti 10 min dollardır, avtomobilin özü isə 33 995 dollar qiymətində olacaq.
“Chevrolet Bolt EV” modelinə çox az dəyişiklik edilib. İlk növbədə, interyer yenilənib. Bu avtomobil 65 kVt s batareya ilə təchiz edilib və qiyməti 31 995 dollar təşkil edir.
“TechCrunch”ın qeyd etdiyi kimi, “General Motors” yeni müştəriləri cəlb etmək ümidi ilə qiymətləri aşağı səviyyədə saxlamağa çalışır. 2035-ci ilə qədər şirkət dizel və benzin mühərrikli avtomobillərin istehsalını tamamilə dayandırmağı və tamamilə elektrik avtomobillərə keçməyi planlaşdırır.