6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda tikintinin inam indeksi son 5 ilin maksimumuna yüksəlib

Azərbaycanda tikinti və sənayenin inam indeksi artır, pərakəndə ticarət və xidmət sektorunda pisdən pisə doğru gedir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar üçün təqdim etdiyi məlumatlara istinad edir.

Sənaye sektorunun inam indeksi 8.6 bənddən 8.8-ə qədər yüksəlib.  Tikinti sektorunda isə 2015-ci ilin yanvarından (6.6) bu tərəfə ən yaxşı göstəricisi ilə 6.2 bəndə yüksəlib. Bu 2020-ci ilin son ayında 3.1 bənd idi. Tikinti üzrə inam indeksi icraya qəbul edilmiş sifarişlər ilə işçilərin sayının dəyişməsi gözləntiləri üzrə rəqəmlərin cəminin yarısı kimi hesablanır.

Pərakəndə ticarətin inam indeksi isə sıfırın altında 0.1 bənddən daha 1.7 azalmaqla sıfırın altında 1.8 bəndə enib. Hazırda ölkə üzrə ən pis göstərici bu sektorda qeydə alınır.

Xidmət sahəsinin indeksi isə sıfırın altında 1.2 sıfırın altında 1.4 bəndə qədər geriləyib.

Son xəbərlər
Digər xəbərlər