20 C
Baku
Friday, October 11, 2024

Yer kürəsinin qiyməti nə qədərdir?

Yer kürəsinin dəyərinin hesablanması üçün tələb olunan düsturu Kaliforniya universitetinin astrofiziki Greg Loughman yaratmışdır. O planetin yaşını, temperaturunu, üst hissəsinin çəkisini, canlı aləmin çəkisini və yüzlərlə müxtəlif amili nəzərə almışdır. Lougman əmindir ki, Yer kürəsi kainatın ən dəyərli planetidir. Məsələn, o Marsı cəmi 15 min dollar qiymətləndirdiyi halda, Venera planetinin ümumiyyətlə heç bir dəyərinin olmadığını bildirmişdir.

Yeri gəlmişkən, History Channel mütəxəssisləri də eyni qiymətləndirmə nəticələrinə gəlmişlər. Onlar Yer kürəsinin yeraltı su, qranit, bitki resurslarını və faydalı qazıntılarını cari dəyərləri ilə hesablamışlar. Beləliklə, onların gəldiyi nəticələrə əsasən, planetimizin dəyəri 6,8 kvadrilyon dollardır.

Son xəbərlər
Digər xəbərlər