“Clubhouse” sosial şəbəkəsi “C” maliyyə raundunu keçirib. Raunda “Andreessen Horowitz” rəhbərlik edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Eyni zamanda şəbəkəyə “DST Global” və “Tiger Global” investisiya qoyub.
İnvestisiyalar komandanın genişləndirilməsinə, eyni zamanda kontent yaradıcılarına pul qazanmağa imkan verən proqramların tərtib edilməsinə xərclənəcək.
Startap cəlb edilmiş investisiyaların qiymətini açıqlamır. Xatırladaq ki, 7 apreldə “Bloomberg” mənbələrə istinadən “Clubhouse”un 4 milyard dollar sərmayə toplamağı planlaşdırdığını yazıb.
“Clubhouse” 2020-ci ildə Pol Devison və Rohan Set tərəfindən yaradılıb. Hələki tətbiq yalnız iOS əməliyyat sistemi ilə işləyir, lakin şirkət Android versiyası üzərində çalışdığını açıqlayıb. Yanvar ayının sonunda sosial şəbəkə 1 milyard dollar dəyərində qiymətləndirilib.