10 C
Baku
Saturday, January 11, 2025

Samsung BlackBerry-ni almaq istəyir

Cənubi Koreya şirkəti olan Samsung Kanadanın mobil telefon istehsalçısı BlackBerry şirkətini 7,5 milyard dollara almaq niyyətindədir. Bu haqda məlumat Reuters agentliyinə istinadən verilmişdir. Qeyd edək ki, Samsung şirkətinin ilk olaraq əsas məqsədi kanadalı vendorların sahib olduğu patentlərdir.

Koreyalılar bazar qiymətindən 38-60% yüksək məbləğ təklif etmişlər. Bununla yanaşı, bu xəbərlərin fonunda BlackBerry kotirovkaları yüksəlmişdir. Amerikanın NASDAQ ticarət platformasında BlackBerry səhmlərinin dəyəri 1 səhm üçün 29,66%-ə yüksəlmişdir.

Son xəbərlər
Digər xəbərlər