ABŞ prezidenti Co Bayden Konqresə birinci müraciətində bildirib ki, Amerika yenidən ayağa qalxır.
Baydenin nitqinin mətnini Ağ Ev yayıb.
“Mən böhranın bürüdüyü ölkəni miras aldım. Əsrin ən dəhşətli pandemiyası, “Böyük depressiya” vaxtlarından ən ağır iqtisadi böhran, Vətəndaş müharibəsi vaxtlarından demokratiyamıza ən qızğın hücum. İndi yüz gündən (prezidentliyin 100 günü-red) sonra məlumat verə bilərəm ki, Amerika yenidən ayaq üstdədir”, – prezident bildirib.