1 C
Baku
Saturday, December 14, 2024

“Bank VTB” təmassız bankomatlar quraşdıracaq

“Bank VTB” Rusiya bazarında ilk dəfə təmassız bankomatları istifadəyə verir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, müştərilər məxaric əməliyyatlarını ATM-ə toxunmadan smartfon vasitəsilə həyata keçirə biləcəklər. Bunun üçün bankomat üzərindəki QR-kodu skan etmək, sonra isə “VTB Onlayn” tətbiqində məxaric əməliyyatını tamamlamaq kifayət edəcək.

Bankın verdiyi məlumata görə, bu, pilot layihədir və başlanğıc olaraq Rusiyanın Moskva şəhərində yalnız iki cihaz quraşdırılacaq. 2022-ci ilədək “Bank VTB” məhsullarının rəqəmsal kanallarda mövcudluğunu 100%-ə çatdırmağı, eyni zamanda əməliyyatların 90%-ni kağız olmadan həyata keçirməyi planlaşdırır. Qeyd edək ki, hal-hazırda bank nağd pulu ATM-ə toxunmadan çəkmək imkanını təklif edir və bu, mövcud epidemioloji vəziyyətdə çox aktual bir yenilikdir.

Üstəlik, “Bank VTB” müştərilərə videobağlantı vasitəsilə xidmət göstərməyi planlaşdırır. Bank nümayəndələrinin sözlərinə görə, bu, ofisə gəlmək seçiminin alternativi olacaq. Belə ki, yeni müştərilər 24/7 rejimdə məsləhət ala, fərdi şərtləri müzakirə edə, eyni zamanda “rəqəmsal abunə” texnologiyası vasitəsilə xidmət ala biləcəklər.

Videobağlantı “Zoom”, “Skype” və ya “FaceTime” proqramlarında olduğu adi zəngə bənzəyəcək. Bu xidmətdən istifadə etmək üçün “vtb.ru” saytına daxil olmaq və “Videozəng” düyməsini sıxmaq kifayət edəcək. İndiki mərhələdə videozəng funksiyası vasitəsilə kredit götürmək və kredit kartı sifariş etmək mümkündür. Xidmət Rusiyanın on şəhərində əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər