Azərbaycan qida istehsalçısı “Səba” Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru (CEO) yenidən dəyişib. Bu barədə Banker.az şirkətə yaxın mənbələrdən məlumat əldə edib.
Naib Abayev Qəhrəman oğlu “Səba”nın rəhbəri təyin edilib. Təyinat, 2021-ci ilin aprelindən baş tutub. O, “Səba”ya 2020-ci ilin iyulunda Daxili audit departamenti sədrinə müavin təyin edilmişdi, üç ay sonra isə bu departamentin direktoru təyin edilmişdi.
Buna qədər bu vəzifədə Röyal Vəkil oğlu Camalov təyin edilmişdi. R.Camalov isə bu vəzifəyə 2021-ci ilin fevralından təyin edilmişdi. Bundan öncə isə bu vəzifədə Fuad Fərman oğlu Ələkbərov idi.
Şirkət 1997-ci ildən fəaliyyət göstərir və 4.79 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 14-ü fiziki və 2-si isə hüquqi şəxslərdir. Burada, Hidayət Quliyevin 37.31%, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 25% və “Baku İnvestment Company”nin 37.31% payı vardır.
“Səba”nın Müşahidə Şurasına isə “Bank Respublika” ASC-nin əsas səhmdarı olan Natiq Quliyev sədrlik edir.
Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.