11 C
Baku
Monday, September 30, 2024

“SOCAR Polymer” xaricə 48 mln. dollarlıq məhsul satıb – ixracı 50%-dən çox artırıb

Bu ilin yanvar-mart ayında “SOCAR Polymer” şirkəti 48.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 53.5% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Belə ki, keçən ilin birinci rübündə şirkət 31.4 milyon dollar dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər