15 C
Baku
Sunday, November 24, 2024

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarları görüşür – Gündəliyə vacib məsələlər daxil edilib

“Banklar haqqında” Azərbaycan Respubli­kası Qanununun 24.5-ci maddəsinə əsasən , “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (bun­dan sonra – bankın) idarə heyəti səhmdarların nəzərinə çatdırır ki, 23 iyun 2021-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Bununla yanaşı, səhmdarların nəzərinə çat­dırılır ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid -19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ümumi yığıncağın gündəliyi:

1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi haqqında.

2. 2020-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında.

3. 2021-2023-cü illərin maliyyə nəticələrinə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əməkdaşlarının mükafatlandırılması haqqında.

4. İbrahimov Abbas Məmmədəli oğlunun növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri təyin olunması haqqında.

Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2021-ci il iyunun 10-dək bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının ümu­mi yığıncağı haqqında əsasnamə”nin 8.10-cu bəndini nəzərə alaraq bildirilir ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibəti dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanı qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiqləmək, habelə şəxsiyyət vəsiqəsinn surətini təqdim etmək şərtilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2021-ci il iyunun 22-dək göndərməklə səsvermədə qiyabi iştirak etmək olar.

Səhmdarların nəzərinə çatdırılır ki , yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti

Son xəbərlər
Digər xəbərlər