Azərbaycanda 2021-ci ilin ilk rübündə alüminium metalından emal edilmiş məhsulların həcmi böyüyüb.
Banker.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mar ayları ərzində 17 954.7 ton həcmində qalınlığı 0.2 mm-dən çox olan alüminium ərintilərindən tavalar, təbəqələr, zolaqlar və lentlər istehsal edilib. Bu da 2020-ci ilin eyni dövrünü nə az nə çox 93% üstələməsi deməkdir.
Buna baxmayaraq xam məhsul istehsalı azalıb. Məsələn, hesabat dövrü ərzində 3 912.5 ton həcmində ilkin formada emal edilməmiş alüminium ərintiləri əldə edilib. Bu da 46% azalma deməkdir. Qatışığı olmayan emal edilməmiş alüminium istehsal edilib.