“Kredex” BOKT 2020-ci ili 170 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə BOKT-un audit hesabatına istinadən xəbər verir.
2020-ci ildə “Kredex” BOKT-un faiz gəlirləri 438 min manat, faiz xərcləri 105 min manat, xalis faiz gəlirləri 333 min manat, digər qeyri-faiz gəlirləri 112 min manat, qeyri-faiz xərcləri 276 min manat, o cümlədən işçilər üzrə xərclər 167 min manat, ümumi və inzibati xərclər 76 min manat, digər qeyri-faiz xərcləri isə 33 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 2,4 mln, manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 3 dəfə çoxdur. Bunun 2,3 mln manatı müştərilərə verilmiş kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 3 dəfə böyüyüb.
Hesabat dövründə “Kredex”in öhdəlikləri 2.8 dəfə artaraq 2,2 mln manata, balans kapitalı isə 4 dəfə artaraq 227 min manata çatıb.
Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
Audit hesabatın tam versiyasını buradan yükləmək mümkündür.