“Azinvestkredit BOKT” MMC-nin təkbaşına rəhbəri dəyişir.
Banker.az-ın əldə etdiyi məlumata görə, bank olmayan kredit təşkilatına bundan sonra müvəqqəti icra edici kimi Əliyev Aftandil Rəsul oğlu təyin edilib.
Qeyd edək ki, buna qədər BOKT-a Sultanova Gülay Arif qızı rəhbərlik edirdi.
“Azinvestkredit BOKT” 2013-cü ildə yaradılıb və 500 min manat nizamnamə kapitalına sahibdir. Kapitalı yarı-yarı Tamara İsmayılova və Əkbər İsmayılova məxsusdur.