19 C
Baku
Sunday, May 5, 2024

“Pepsi” virtual restoran açır

“Pepsi” şirkəti ərzaq və içki çatdırılması üçün virtual restoran açır – “Pep’s Place”.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, müəssisə “beverage-first” yanaşmasını tutur: müştəri əvvəlcə içki, sonra isə ona uyğun gələn yemək seçir.

İçkilər siyahısı özündə “Pepsi”, “Diet Pepsi”, “Pepsi Zero Sugar”, “Pepsi Real Sugar”, “Pepsi Wild Cherry”, “Pepsi Zero Sugar Wild Cherry”, “Pepsi Mango” və “Pepsi Zero Sugar Mango” nəzərdə tutur.

Yeməklər menyusuna isə bunlar daxildir: çizburqer, qanadlar, sendviçlər, qabırğalar, salat və s. Müştərinin istəyi ilə yeməklər pendir, brokkoli və “Lay’s” çipsi ilə tamamlana bilər.

Sifarişlər “PepsPlaceResturant.com”, “Uber Eats”, “Door Dash” və “Grub Hub” vasitəsilə qəbul olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər