10 C
Baku
Wednesday, December 11, 2024

“Google” İtaliyada 102 mln. avro cərimələndi

İtaliyanın antimonopoliya tənzimləyicisi (AGCM) “Google”u 102 milyon avro cərimə edib. Bildirildiyi kimi, Amerika korporasiyası yerli tətbiqin işləməsinə mane olub və sürücüləri “Google Maps”dan istifadə etməyə məcbur edib.

Söhbət “JuicePass” tətbiqindən gedir. O, İtaliyanın elektrik enerji tədarükçüsü “Enel”in törəmə şirkətidir. Xidmət Avropadakı 95 minə yaxın elektrik enerji doldurma məntəqələrini göstərir.

İtaliyanın antimonopoliya orqanlarının verdiyi məlumata görə, “Google” iki il müddətində “JuicePass”a “Android Auto” platformasında işləməyə icazə verməyib. Bununla yanaşı, korporasiya aktiv şəkildə “Google Maps” xəritəçəkmə xidmətini təbliğ edib.

Tənzimləyici vurğulayır ki, “Android” əməliyyat sistemi və “Google Play” mağazası sayəsində korporasiya İtaliya bazarında liderlik edir – ölkədəki smartfonların təxminən 75%-i “Android” ilə işləyir.

Beləliklə, “Google” şirkəti “Enel X”ə “Android Auto” platformasını çıxış təmin etməli olacaq və zərər çəkən tərəfə 102 milyon avro təzminat ödəyəcək.

Son xəbərlər
Digər xəbərlər