6 C
Baku
Monday, December 16, 2024

Bu ölkə növbəti həftədən turistlər üçün sərhədlərini açır

Monteneqro hökuməti növbəti həftədən turistlər üçün sərhədlərini açır.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Zdravko Krivokapiç Yunanıstana rəsmi səfərindən sonra bildirib.

“Yunanıstan bütün turistlər üçün açıqdır, restoranlar və hotellər fəaliyyətə başlayıb ki, bu da protokollarımız və yanaşmalarımız oxşar olduğu üçün nələrə əməl etməli olduğumuzu göstərir. Monteneqro önümüzdəki həftə “Monteneqro sahillərinə xoş gəlmişsiniz!” sözləri ilə turistlər üçün sərhədlərini açacaq”, – deyə Krivokapiç qeyd edib.

Bildirildiyi kimi, turizm Monteneqroya gəlirlərinin dörddə birini gətirir. 2020-ci ilin yanvar ayından sentyabr ayına qədər Monteneqronun turizm gəlirləri 90% azalıb.

Son xəbərlər
Digər xəbərlər