Avropa İttifaqı təşkilatına üzv olan ölkələr tam peyvənd olunmuş turistlərin girişinə icazə verməyə razılaşıblar. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Aİ-dəki mənbələrə istinadən “Agence France-Presse” yazıb.
Gözləndiyi kimi, sərhədlərin açılması mövzusu 25 may tarixində keçiriləcək Avropa İttifaqı dövlət və hökumət başçılarının təcili sammitində əsas mövzulardan birinə çevrilib.