25 C
Baku
Monday, April 29, 2024

“Unibank” manatda olan üç depozit məhsulunun faizlərini dəyişib

“Unibank KB” ASC manatda müştərilərə təklif etdiyi üç əmanət məhsulunun illik faiz dərəcəsini 0.5-1 faiz bəndi azaldıb.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, “Unibank” fiziki şəxlərdən əmanət cəlbi üçün nəzərdə tutulan “Müddətli Depozit”in illik faiz dərəcəsini 11%-dən 10.5%-ə, “Proqressiv” əmanətdə 9%-dən 8%-ə, “Yığım” əmanətində isə 8%-dən 7.5%-ə qədər düşüb.

Qeyd edək ki, “Unibank” əmanətlərindən “Yığım”ı yalnız manatda, “Proqressiv”i manat/ABŞ dollarında, “Müddətli”ni isə manat/ABŞ dolları/
avroda qəbul edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər