Azərbaycanda icbari tibbi sığortanın tətbiqini həyata keçirən İcbari Sığorta üzrə Dövlət Agentliyinin strukturunda yeni təyinat olub.
Banker.az-ın xəbərinə görə, İbrahim İbrahimov İnformasiya sisteminin idarə edilməsi departamentinə rəhbər təyin edilib.
O, bu vəzifənin icrasına 2021-ci ilin mayından başlayıb.
İ.İbrahimov, 2014-cü ildən “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışır. 2020-ci ilin oktyabrından isə AXK, DWH/MIS proqram təminatı departamentinin direktor müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, İcbari Sığorta üzrə Dövlət Agentliyinin strukturunda 9 departament, 1 idarə və 1 şöbə var.