Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.
“Aysor” bildirir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb.
Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.
Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan istefa verib.