“Coinbase” kriptobirjası iyunun 3-dən “Dogecoin”in ticarətinə başlayır. Treyderlər bu kriptovalyuta ilə “Bitcoin”, “Ethereum”, USDT”, dollar, avro və funt sterlinq vasitəsilə ticarət edə biləcəklər.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Bildirdiyi kimi, kriptobirjanın peşəkar ticarət şöbəsi likvidlik şərtlərinə uyğun olaraq iyunun 1-dən etibarən “Dogecoin” qəbul etməyə başlayıb. İlkin mərhələdə “Dogecoin” fiat dollar, funt sterlinq, avro və rəqəmsal valyutalar ilə satılacaq.
Ticarət üç mərhələdən ibarət olacaq: təkcə yerləşdirmə, limitli və tam ticarət. “Coinbase” mərhələlərdən birində ticarətin “sağlam və nizamlı bazarın qiymətləndirilməsinə uyğun gəlmədiyini” aşkar etsə, ticarəti dayandıracağını qeyd edib. Xatırladaq ki, may ayının ortalarında şirkət önümüzdəki altı-səkkiz həftə ərzində birja kriptovalyutalarına “Dogecoin” əlavə edəcəyini açıqlayıb.
“Dogecoin” (DOGE) 2013-cü ildə ənənəvi kriptovalyutalara alternativ olaraq yaradılıb. Onun yaradıcıları Cekson Palmer və Billi Markusdur. “Bitcoin”dən fərqli olaraq, “Dogecoin”in mayninqində heç bir limit yoxdur. Hər dəqiqə dünyada 10 min yeni token mayninq olunur.