9 C
Baku
Thursday, December 12, 2024

“LUKoyl” Xəzər dənizində Qazaxıstanın Əl-Farabi yatağının işlənməsində iştirak edəcək

Rusiyanın “LUKoyl” neft şirkəti Qazaxıstanla “Əl-Farabi” yatağının birgə işlənməsi haqda müqavilə imzalamağı planlaşdırır.

Bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov açıqlama verib.

Vahid Ələkbərov bu il iyunun 4-də Qazaxıstanla ən böyük geoloji kəşfiyyat layihələrindən birini – Xəzər şelfindəki “Əl-Fərabi” blokunun işlənməsi haqda müqavilənin imzalanacağını bildirib.

Qeyd edək ki, şirkət rəhbəri mayın 19-20-də Nur-Sultanda Qazaxıstanın Baş naziri Askar Mamin və “Samruk-Kazına” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev ilə görüşündə Qazaxıstanda karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və nəqli, həmçinin neft emalı və neft-qaz kimyası sahələrində birgə investisiya layihələrinin reallaşdırılmasını müzakirə ediblər.

Bundan başqa bu ilin mart ayında Qazaxıstan “LUKoyl” şirkəti ilə Əl-Fərabi yatağının işlənməsi barədə danışıqlar aparıb və növbəti mərhələdə “KazMunayQaz” və “LUKoyl” arasında pay bölgüsü (KMG – 50,01 faiz, LUKOIL – 49,99 faiz) ilə birgə müəssisənin yaradılması üzrə müqavilənin imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, Əl-Fərabi ərazisi Xəzərin Qazaxıstan sektorunda yerləşir və suyun dərinliyi 150-500 metr, sahilə olan məsafəsi 100-130 kilometr, ərazisi 6 min kvadratkilometrdən çoxdur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər