10 C
Baku
Tuesday, November 26, 2024

“FinEx Kredit” BOKT-un ötən il kiçilib, mənfəəti azalıb

“FinEx Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 197 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə BOKT-un mənfəəti 271 min manat olub. Belə ki, illik müqayisədə “FinEx Kredit”in mənfəəti 27.3% azalıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “FinEx Kredit” BOKT-un faiz gəlirləri 2 milyon 210 min manat (əvvəlki il 2 milyon 118 min manat), faiz xərcləri isə 844 min manat (əvvəlki il 905 min manat) təşkil edib.

31 dekabr 2020-ci il tarixinə BOKT-un aktivləri 8 milyon 614 min manat olub ki, bu da illik müqayisədə 9% azdır. Bunun 6 milyon 316 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, 2019-cu ilin müvafiq dövrünə nisbətən “FinEx Kredit” BOKT-un kredit portfeli 19% kiçilib.

Ötən il “FinEx Kredit” BOKT-un öhdəlikləri 8 milyon 123 min manatdan 6 milyon 951 min manata düşüb, cəmi kapitalı isə 1 milyon 341 min manatdan 1 milyon 663 min manata çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər