Azərbaycanda daha bir şirkət ləğv edildi.
Banker.az-ın məlumatına görə, “Mingəçevir İzolit” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ-4502 Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 67 (yeni 273) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Mingəçevir İzolit” Açıq Səhmdar Cəmiyyəti 2002-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 518 380 manatdır və qanuni təmsilçisi İsmayıl Məmmədovdur.