-1 C
Baku
Sunday, December 15, 2024

Yaşamaq üçün dünyanın ən yaxşı şəhəri seçildi – 2021

“Economist Intelligence Unit” tədqiqat təşkilatı “Global Liveability Index 2021” reytinqini təqdim edib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Xatırladaq ki, bu reytinq dünyanın 140 şəhərinin həyat keyfiyyətinə görə sıralamasını nəzərdə tutur.

Pandemiya dünya üzrə ümumi yaşayış səviyyəsinin azalmasına səbəb olsa da, 2021-ci ildə “Global Liveability Index” reytinqində Asiya-Sakit Okean regionundakı şəhərlər liderlik edib.

Sıralama aşağıdakı kimidir:

1. Oklend, Yeni Zelandiya (96.0)

2. Osaka, Yaponiya (94.2)

3. Adelaida, Avstraliya (94.0)

4. Vellinqton, Yeni Zelandiya (93.7)

5. Tokio, Yaponiya (93.7)

6. Pert, Avstraliya (93.3)

7. Sürix, İsveçrə (92.8)

8. Cenevrə, İsveçrə (92.5)

9. Melburn, Avstraliya (92.5)

10. Brisben, Avstraliya (92.4)

Yeni Zelandiyanın koronavirusla uğurlu mübarizəsi məktəblər, teatrlar, restoranlar və görkəmli yerlərin 22 fevral – 21 mart aralığında fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradıb.
“Economist Intelligence Unit” şəhərləri sabitlik, sağlamlıq, mədəniyyət, ətraf mühit, təhsil və infrastruktur kimi 30-dan çox keyfiyyət və kəmiyyət amili üzrə qiymətləndirir.

Pandemiya səbəbindən təşkilat qiymətləndirməyə səhiyyəyə təzyiq və idman tədbirlərinə qoyulan məhdudiyyətlər kimi əlavə göstəricilər əlavə edib. Vurğulandığı kimi, dünyanın yaşamaq üçün ən pis şəhəri kimi Suriya seçilib. Belə ki, ölkədə 2011-ci ildən başlayaraq vətəndaş müharibəsi gedir.

Son xəbərlər
Digər xəbərlər