İŞÇININ VƏZIFƏSI:
– Filialın müştəri əməliyyatlarının normativ sənədlərə uyğunluğuna nəzarət etmək
– Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin düzgünlüyünə nəzarət etmək
– Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqinin etmək
– Filialın möhür və ştamplarının işçilərə təhkim olunmasına nəzarət etmək
– Filial büdcəsinin tərtib edilməsində iştirak etmək
– Kredit əməliyyatlarının uçotuna nəzarət etmək
– Filialda kassa əməliyyatlarına nəzarət etmək;
– Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək
– Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək
– Balansdankənar hesablara nəzarət etmək
– 90 gündən çox faizləri hesablanmayan statusa aid edilmiş kreditlərin faizlərinə gündəlik nəzarət (hesablanması və ödənilməsi) etmək
– Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək
– Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə nəzarət etmək
– Müştərilərə xidmətlə əlaqədar gecikmə baş verdikdə, əməliyyat sənədlərini reyestrlə müştəri xidməti işçisindən qəbul etmək, Bank ödəniş sistemində yığımını həyata keçirmək;
TƏLƏBLƏR:
– Ali iqtisadi təhsil
– Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
– Məntiqi düşünmək qabiliyyəti
– Məsuliyyətli, dəqiq və detallara diqqət etmək qabiliyyəti
– Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək
– Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı
– Komandada işləmək bacarığı
Əlaqə
Yuxarıdakı tələblərə uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.