- Heyfslənmək dünyanın ən faydasız məşğuliyyətidir. Heç nəyi geri qaytarmaq, nəyisə düzəltmək artıq mümkün deyil. Əks təqdirdə bizlərdən hər birimiz “müqəddəs” olardıq. Həyat bizi ideal olaraq yaratmayıb. Belə olsaydıq yerimiz muzey olardı.
- Deyirlər ən çətini 70 il yaşamaqdır. Bundan sonrası özü bir şəkildə yoluna düşür.
- Həyat – çoxlu sayda yelkənə sahib yülkənli qayıq kimidir. Beləliklə, o istənilən vaxt istədiyi tərəfə dönə bilər.
- Əldə edə bilmədiyimiz hər bir şey bizə sahib olduğumuzdan daha yaxşı görünür. İnsan həyatının bütün romantika və axmaqlığı bundan ibarətdir.
- Bəzən prinsipləri pozmaq lazımdır, əks təqdirdə onlardan zövq ala bilməyəcəksiniz.
- Yaşamaq istədiyin anda ölmək, artıq ölmək istədiyin ana qədər yaşamaqdan daha yaxşıdır.
- Gülərək tərk etməyə hazır olanı daim saxlamağa çalışarlar.
- Xoşbəxtlik haqqında 5 dəqiqədən artıq danışmaq mümkün deyil. Bu zaman xoşbəxt olduğundan başqa bir şey deyə bilmərsən. Bunun əksinə, bədbəxtlik haqqında sonsuza qədər danışmaq mümkündür.
- Dünyanın ən möhtəşəm şəhəri insanın özünü xoşbəxt hiss etdiyi şəhərdir.
- Keçmiş sevgilin qədər sənə yad olan ikinci bir insan yoxdur.
- İstənilən sevgi əbədi olmağı arzulayır. Əbədi əzab da məhz bundan ibarətdir.
- Qadın sevgidən ağıllanır, kişi isə ağlını itirir.
- İnsan həqiqətən sevdikdə necə də yöndəmsiz bir şəxsə çevrilir! Necə tez özünə inamını itirir! Özünü necə tənha hiss edir, bütün tərifəlayiq təcrübəsi tüstü kimi bir andaca uçub gedir və özünü necə əminsiz hiss edir!
- İnsan nə qədər bəsitdirsə, özü haqqında bir o qədər yüksək düşünər.
- “Hələ heç nə itirilməyib! – deyə təkrar etdim. – İnsanı yalnızca dünyasını dəyişdikdə itirirsən.
- İnsanların nəyinsə fərqinə varmasını istəmirsənsə, ehtiyat etmək lazım deyil.
- İnsan təslim olmadığı müddətcə öz taleyindən güclüdür.