19 C
Baku
Friday, September 20, 2024

“Land Rover” hidrogenlə işləyən ilk yolsuzluq avtomobili üzərində işləyir

“Jaguar Land Rover” hidrogenlə işləyən “Defender” yolsuzluq avtomobilinin prototipi üzərində işləyir. Bu, şirkətin 2036-cı ilə qədər zərərli tullantıları sıfıra endirmək kampaniyasının bir hissəsi olaraq təqdim edilir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Avtomobil “Delta Motorsport”, “AVL”, “Marelli Automotive Systems” və “UKBIC” mühəndisləri və mütəxəssisləri ilə birgə hazırlanacaq. Eyni zamanda hidrogen mühərriklərin istehsalını qismən Böyük Britaniya hökuməti maliyyələşdirəcək. Testlər 2021-ci ilin sonunda başlayacaq.

Qeyd edək ki, hidrogen mühərrikli avtomobillər yanacaqla daha sürətli doldurulur və elektrikli modellərlə müqayisədə daha çox məsafə qət edə bilir. Lakin bəzi avtomobil istehsalçıları yüksək qiymət və məhdud infrastruktur səbəbindən bu cür modellərin satışından imtina edib.

“Jaguar” brendi daxili yanma mühərrikli nəqliyyat vasitələrinin satışını 2025-ci ilə qədər dayandırmağı, “Land Rover” isə 2026-cı ilə qədər altı elektrikli yolsuzluq avtomobilini təqdim etməyi planlaşdırır.

Bundan əlavə, 2030-cu ilə qədər Böyük Britaniya daxili yanma mühərrikli avtomobillərin istehsalını qadağan etmək istəyir.

Son xəbərlər
Digər xəbərlər