2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda olan kredit kartlarının ümumi sayı açıqlandı

2015-ci ilin yanvarın 1-nə olan statistik məlumata görə, ölkədə ümumilikdə dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 965 min ədəd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.

Məlumata görə, kartların ümumi sayından 4 milyon 663 min ədədi debet kartları, o cümlədən 2 milyon 426 min ədədi sosial, 1 milyon 444 min ədədi əməkhaqqı, 794 min ədədi isə digər debet kartları, 1 milyon 302 min ədədi isə kredit kartlarının payına düşüb.

Hesabat dövrü ərzində kredit kartları vasitəsilə əməliyyatların sayı 1 milyon 771 min ədəd, həyata keçirilən əməliyyatların həcmi isə 245 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər