26 C
Baku
Tuesday, April 30, 2024

Alibaba Amerika biznesini maliyyələşdirəcək

Çinin nəhəng online mağazası Alibaba və eynihüquqlu kreditləşmə xidməti olan Lending Club Amerika şirkətlərini maliyyələşdirmək xidməti yaradır. Bu razılaşmaya əsasən Amerika müəssisələri ənənəvi banklara müraciət etmədən Çinin ticarət platformasında kreditlə məhsul əldə edə biləcəklər.

Lending Club köməkliyi ilə əldə edilə biləcək kreditin maksimum məbləği 300 min dollardır. ABŞ ilə yanaşı proqrama zamanla digər ölkələr də qoşulacaq.

Alibaba rəhbərliyi bu addımla yeni müştərilər cəlb etmək və beynəlxalq bazarda genişlənmək niyyətindədir. Hazırda isə Alibaba Çin bazarının 45%-ni idarə edir. Lakin bununla belə yüksək rəqabət baxımından şirkət ciddi adımlar atmağa məcburdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər