12 C
Baku
Wednesday, December 11, 2024

İyulda Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik neft hasilatı artırılacaq

Bu ilin iyul ayında Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.

Bu ay Azərbaycan OPEC razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyi 98 % səviyyəsində yerinə yetirmiş olacaq.

Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 % yerinə yetirib.

Xatırladaq ki, OPEC+ ölkələri tərəfindən neft hasilatı üçün yeni artırılmış kvotalar 1 iyul tarixindən qüvvəyə minir. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü məhdudiyyətlərinin son “tranşını” ləğv edir.

Belə ki, Səudiyyə faktoru nəzərə alınaraq OPEC+ sazişini imzalayan bütün tərəflərin ümumi “qara qızıl” istehsalı iyul ayında əvvəlki aya görə gündəlik 841 min barel artıra bilər.

Aprel ayında OPEC+ ölkələri yanvar ayından bəri ləngiddikləri neft hasilatında tədricən artım barədə razılığa gəliblər. Məlumata görə, may ayında OPEC+ üzv olan ölkələr gündəlik olaraq 350 min barel, iyunda – gündəlik olaraq daha 350 min barel, iyulda isə gündəlik 441 min barel artırmağa icazə verilib.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər