İndoneziya hökuməti iyul ayının əvvəlində Bali kurort adasını açmaqdan imtina edib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Koronavirusla mübarizə üzrə hökumətlərarası qrupa rəhbərlik edən dənizçilik və investisiya koordinatoru Luhut Binsar Pancaitan izah edir ki, bunun əsas səbəbi yeni “Delta” ştammının sürətlə yayılmasıdır.
“Hal-hazırda adanın açılışı mümkün deyil, bu səbəbdən artıq belə planları nəzərdən keçirmirik”, – deyə məmur söyləyib. Onun sözlərinə görə, “ilk prioritet koronavirusun qarşısını almaq və peyvənd olunanların sayını artırmaqdır”.
Qeyd edək ki, 3 iyuldan başlayaraq Bali və Yava adalarında ciddi sosial-iqtisadi məhdudiyyətlər tətbiq olunur. Yava adasında vəziyyət daha ağır kimi qiymətləndirilir. Yerli qeyri-hökumət təşkilatının məlumatına görə, iyun ayı ərzində adada 260-dan çox insan ölüb. Yerli xəstəxanalar 90%-dək doludur.
Ümumilikdə pandemiya başlayandan bəri ölkədə 2.2 milyondan çox yoluxma halı qeydə alınıb, onlardan 60.5 min nəfəri ölüb. İndoneziya yoluxma və ölüm sayına görə Asiyada Hindistandan sonra ikinci ölkə olub.