“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 4 may 2021-ci il tarixinə qədər 10 milyon 375 min 362 manat vergi borcu var idi. Hal-hazırda isə “Bakı Metropoliteni” QSC-nin vergi borcu 12 milyon 19 min 438 manat təşkil edir.
Qeyd edək ki, bu borclar barədə son məlumat 4 iyul 2021-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.
Bildirək ki, “Bakı Metropoliten” QSC-nin tam fəaliyyət göstərə bilmədiyi 2020-ci il ərzində 83.54 milyon manat həcmində zərər etmişdir. Bu zərərdən sonra balansındakı yığılmış zərərin həcmi 565.24 milyon manata çatıb.