Qlobal qaz istehsalı 2024-cü ildə COVID-19 pandemiyadan əvvəlki göstəricisi (2019-cu il) ilə müqayisədə 6.1% artaraq 4 328 mlrd. kubmetr təşkil edəcək.
Beynəlxalq Enerji Agentliyinə (IEA) verdiyi məlumata görə, 2020-ci ildə qlobal qaz hasilatı 3 960 mlrd. kubmetr olub, bu da illik müqayisədə 3% azdır.
Proqnoza əsasən, 2021-ci ildə dünyada qaz hasilatı 4 105 mlrd. kubmetr, 2022-ci ildə 4 158 mlrd. kubmetr, 2023-cü ildə isə 4 239 mlrd. kubmetr olacaq.
Qlobal qaz hasilatının böyük hissəsi ABŞ payına düşəcək.