7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan vətəndaşlarının Almaniyaya səyahətinə icazə verilib

Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib.

“Schengenvisainfo” verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.

Əlavə edək ki, iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini (“Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb.

İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər