®Yelo Bank müsair standartlara cavab verən filial şəbəkəsini artırmağa davam edir. Yeni açılmış “28 May” filialı da tamamilə yeni konseptdə təmir olunub.
Şəmsi Bədəlbəyli 102 ünvanında yerləşən bu filial öz müasir insteryer dizaynı, rahatlığı və funksionallığı ilə seçilir. Burada müştərilərin işinin tez və effektiv həlli üçün ən xırda detallar belə düşünülüb. Sadə, amma yeni zamanda xüsusi zövqlə təmir edilmiş qəbul otaqları, gözləmə yerləri, yeni iş sistemi – bunların hamısı “28 May” filialında öz əksini tapıb. Bankın yeni konseptində sürətli və fərdi xidmətə üstünlük verilir.
Filialın açılış mərasimində Yelo Bankın İdarə heyətinin sədri Anar Həsənov da çıxış edərək, öz fikirlərini və bankın gələcək planları haqqında məlumat verib: “Yelo Bank rebrending prosesini uğurla yekunlaşdırır və yeni inkişaf strategiyasını reallaşdırır. Yeni konseptdə təmir edilən bu “28 May” filialı da strategiyamızın bir hissəsini əhatə edir. Qeyd edim ki, son zamanlar Yelo Bank-da köklü dəyişikliklər baş verir. Bu özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərdə olduğu kimi, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir”
Bildirilib ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq