27 avqust 2021-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2020-ci il üçün illik (maliyyə) hesabatları barədə.
2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2020-ci maliyyə -tasərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.
3. Teymur Əhmədov adına “AzNar” QSC-nin baş direktorunun 2020-ci il üçün konsalidə edilmiş hesabatının təsdiq edilməsi barədə.
4. Teymur Əhmədov adına “AzNar” QSC-nin restrukturizasiyası ilə bağlı təşkilatı məsələlər barədə.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilən bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu- (+9942027) 4-05-17.
Ünvan- AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.