6 C
Baku
Sunday, December 15, 2024

Heydər Əliyev Beynəlxalq Aeroportundakı aviaşirkətlərin sayı artdı – Foto

Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.

Banker.az xəbər verir ki,  milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, “Turkish Airlines”, “Lufthansa”, “Qatar Airways”, “Aeroflot”, “S7”, “flyDubai” kimi iri aviaşirkətlər, habelə “Pegasus”, “SkyUp Airlines” kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.

Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL 9 istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24 faizi).

Qeyd edək ki, COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi.

c68a15cc 6c41 3237 9f38 396891bb7b52

 

 

 

Son xəbərlər
Digər xəbərlər