7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər

Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər.

 Finlandiyanın hakimiyyət orqanları ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv ediblər.

Bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.

İyulun 12-dən başlayaraq azərbaycanlılarla yanaşı, Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları da Finlandiyanı ziyarət edə biləcəklər.

Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.

Öz növbəsində, digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər